[b]“Qarabağ”ın ən yaxşı nəticəsi yarıda qaldı[/b]
29.11.2016 - 21:12
Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Qarabağ” “Qəbələ”ni qəbul edir. Apasport.az saytının məlumatına görə, görüşün 64-cü dəqiqəsində qonaqların xorvatiyalı futbolçusu Filip Ozobiçin vurduğu qol Ağdam klubunun evdə quru oyunlar seriyasına son qoyub.
Belə ki, sonuncu dəfə bu ilin mart ayının 30-da “Rəvan”la oyunda qapısında qol görən ağdamlılar (5:1) o vaxtdan bura düz 10 ev oyununda məyus olmamışdı. 244 günlük bu nəticə klubun tarixində ən uğurlu seriyadır.
Qeyd edək ki, prinsipial görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0