[b]“Qarabağ”ın futbolçuları ən yaxşılar arasında [/b] - FOTO
16.10.2015 - 13:50
[b]“Qarabağ”ın futbolçuları ən yaxşılar arasında [/b] - FOTO

Avrokuboklar tarixinin ən yaxşı albaniyalı futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA bu ölkənin təmsilçiləri arasında qitə miqyaslı turnirlərdə müxtəlif göstəricilər üzrə fərqlənənlərinin cədvəlini tərtib edib.

 

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli və sabiq üzvü Admir Teli də ən yaxşıların arasında yer alıb. Onlar avrokuboklar tarixində ən çox oyun keçirən albaniyalıların arasında yer alıb.

 

Müdafiəçilərin hər ikisi ilk “üçlük”də qərarlaşıb. “Qarabağ”dan başqa, vətənində “Vlajnia” və “Elbasani”də ilə də avrokubok həyəcanı yaşayan Teli 48 belə matçda iştirak edib. O, albaniyalılar arasında 2-ci göstəriciyə malikdi.

 

Albaniyanın “Tirana”, İsveçrənin “Ksamaks” klubları ilə qitə kuboklarında çıxış etdikdən sonra “Qarabağ”a keçən Aqolli isə 3-cü pillədə qərarlaşıb. Müdafiəçinin hesabında 45 görüş var.

 

Teli və Aqolli yalnız bir oyunçudan geri qalır. Rekordçu isə Lorik Kanadı. Fransa klubları PSJ və “Marsel”, həmçinin Türkiyə “Qalatasaray”ı ilə İtaliya “Latsio”sunun şərəgini qorumuş albaniyalı 56 dəfə avrokubok oyununda iştirak edib.

 

Maraqlıdı ki, 44 matçla siyahıda 4-cü olan Besnik Hasi Belçika “Anderlext”inin baş məşqçisi kimi Bakıya gəlib, Aqollinin 45-ə çatmasına şahid olmuşdu. Amma Ansi Avropa Liqasının qrup mərhələsində daha 4 oyun keçirəcək “Qarabağ”ın bütün qarşılaşmalarında iştirak edəcəyi halda, Ansi 49-a çatacaq və Telini arxada qoyacaq. Onun Kananı da keçməsi üçün isə komandası xeyli irəliləməlidi.

0