[b]“Qarabağ”ın futbolçusu İspaniya və İtaliyaya qarşı[/b]
01.10.2017 - 14:18
DÇ-2018-in seçmə mərhələsində İspaniya və İtaliya ilə qarşılaşacaq Albaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “qartallar”ın baş məşqçisi Kristian Panuççinin siyahısına 26 futbolçu düşüb.
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də 44 yaşlı çalışdırıcının rəğbətini qazananlardan biridir.
Albaniya millisi İspaniya ilə oktyabrın 6-da səfərdə, İtaliya ilə isə oktyabrın 9-da evdə üz-üzə gələcək.
Qeyd edək ki, 8 turdan sonra Albaniya G qrupunda 13 xalla 3-cü pillədə qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0