DÇ-2018-in seçmə mərhələsinin G qrupunda mübarizə aparan Albaniya millisinin qarşıdakı iki oyun üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Cyanni De Byagi yığmaya 25 nəfər dəvət edib.
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli bu dəfə komanda yoldaşlarından kənarda qalıb. Belə ki, seçmə mərhələnin əvvəlki oyununda İtaliya yığmasına qarşı matçda vərəqə limitini dolduran kapitan növbəti rəsmi qarşılaşmada forma geyinə bilməyəcək.
Bu səbəbdən baş məşqçi yoxlama görüşündə də 35 yaşlı oyunçunun xidmətindən yararlanmamaq qərarı verib.
Qeyd edək ki, Albaniya yığması iyunun 4-də Lüksemburqla yoxlama, 11-də isə İsraillə seçmə mərhələ oyununda üz-üzə gələcək.