[b]“Qarabağ”ın ikinci rəqibi də bəlli oldu[/b]
29.06.2015 - 00:37
Hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ”ın yoxlama oyunlarındakı ikinci rəqibi də bəlli olub. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Moskva “Lokomotiv”i ilə qarşılaşacaq.
Bu barədə “dəmiryolçular”ın rəsmi saytı məlumat yayıb.
Görüş iyulun 7-ə təyin olunub.
Qeyd edək ki, ağdamlıların ilk hazırlıq matçı iyunun 30-da baş tutacaq. Rəqib Avstriyanın “SV Horn” klubu olacaq.
0
0