[b]“Qarabağ”ın ilk oyununun vaxtı və məkanı açıqlandı[/b]
21.07.2016 - 11:08
[b]“Qarabağ”ın ilk oyununun vaxtı və məkanı açıqlandı[/b]

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsi çərçivəsində “Viktoriya” ilə keçirəcəyi ilk matçın məkanı və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşma iyulun 26-da Plzen şəhərində yerləşən “Dusan Arena”da baş tutacaq.

 

Azərbaycan çempionunun 11 min 700 tamaşaçı tutumu olan stadiondakı matçı Bakı vaxtı ilə 22:15-də start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” ÇL-in II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubunu mübarizədən kənarlaşdırıb (2:0, 1:1).