[b]“Qarabağ”ın istədiyi futbolçu millidə qol vurdu[/b]
12.06.2017 - 09:26
Afrika Millətlər Kuboku–2019-un seçmə mərhələsinə start verilib. Apasport.az saytı xəbər verir ki, Azərbaycana köçmək variantı olan Tokelo Rantienin komandası Cənubi Afrika Respublikası (CAR) yığması səfərdə Nigeriya ilə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. CAR-ın qollarından birinə Rantie imza atıb. O, 54-cü dəqiqədə vurduğu qolla hesabı açıb.
81-ci dəqiqədə Persi Taunun qolu matçda yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, E qrupunda yer alan CAR millisi Nigeriya ilə yanaşı, Liviya və Seyşel adaları yığmasi ilə mübarizə aparır.
0
0