“Qarabağ”ın maraq dairəsində olan Nikola Çitro daha 2 klubdan rəsmi təklif alıb. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “Trapani”nin futbolçusunun A seriyasında oynamaq variantı yaranıb.
Belə ki, elitaya yeni yüksələn “Benevento” 28 yaşlı hücumçunun xidmətində maraqlıdı. Klub rəhbərliyi komandanın ön xəttini məhz Çitro ilə gücləndirmək istəyir. “Benevento” rəsmiləri qarşı tərəfə rəsmi təkliflə müraciət ediblər və cavab gözləyirlər.
C seriyasında çıxış edəcək “Trapani”də qalmaq istəməyən Çitroya daha bir təklif gəlib. B seriyasının təmsilçisi “Foca” da onunla danışıqlara başlayıb. Adıçəkilən komanda hazırda hücumçu axtarışındadı və ön xətdəki problemi Çitronun hesabına aradan qaldırmaq niyyətindədi.
Məlumatda “Qarabağ” və “Bari” klublarının da təcrübəli forvardla danışıqları davam etdirdiyi qeyd olunub.
İndiki məqamda Nikola uğrunda mübarizədə Ağdam klubuna əsas rəqib kimi məhz “Benevento”nu hesab etmək olar. Çünki Çitronun A seriyasında oynamaq şansını əldən buraxacağı inandırıcı görünmür.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"