[b]“Qarabağ”ın kağız üzərindəki üstünlüyü[/b]
25.07.2017 - 23:45
[b]“Qarabağ”ın kağız üzərindəki üstünlüyü[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Şerif” matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.

 

Evdə 0:0 hesablı bərabərliyə razılaşan çempionumuz qapı istiqamətində daha çox – 17 zərbə endirsə də, bu, hesabda əksini tapmayıb. Çempionumuzun 17 zərbəsindən 5-i çərçivəyə düşüb. 8 zərbə qapıdan aralı gedibsə, 4 epizodda rəqib müdafiəçilər topun qarşısında sipər olublar.

 

“Qarabağ” ofsayd sayından qonaqlardan geri qalsa da, kornerlərdə aşkar üstün olub.

 

Ağdamlılar daha çox qayda pozuntusuna yol versə də, görüşdə sarı və ya qırmızı vərəqə olmayıb.

 

“Qarabağ”

 

“Şerif”

0

Qollar

0

17

Zərbələr

3

5

Çərçivəyə

1

8

Çərçivəyə düşməyən

2

4

Dəf olunan

0

9

Künc zərbələri

1

1

Oyundan kənar vəziyyət

3

14

Qayda pozuntusu

5

0

Sarı vərəqə

0

0

Qırmızı vərəqə

0