[b]“Qarabağ”ın makedoniyalı yubilyarı[/b]
07.12.2016 - 12:15
[b]“Qarabağ”ın makedoniyalı yubilyarı[/b]

Sabah keçiriləcək Avropa Liqasının qrup mərhələsinin son turunun “Fiorentina” ilə Bakıdakı matçı “Qarabağ”ın futbolçusu Muarem Muarem üçün yubiley xarakteri daşıyır. Apasport.az saytının məlumatına görə, makedoniyalı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 25-ci avrokubok qarşılaşmasına çıxacaq.

 

İndiyədək əyalət klubunun heyətində 24 belə matça çıxan legionerin hesabında hələlik 4 qol var. Çempionlar Liqasının 5 oyununda 1 dəfə fərqlənən Muarem daha aşağı səviyyəli Avropa Liqasında keçirdiyi 19 görüşdə rəqibləri 3 dəfə məyus edib.

 

Balkanlının “Qarabağ”dakı ilk qitə miqyaslı oyunu 2013/14 mövsümündə baş tutub. O, 2013-cü il iyulun 2-də özü üçün doğma olan Skopyedə “Metalurq”a qarşı matçda 1:0 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, Muarem 2013/14 mövsümündə 4, 2014/15-də 9, 2016/17-də 11 qarşılaşmada iştirak edib. O, son iki mövsümün hərəsində 2 dəfə fərqlənib.