[b]“Qarabağ”ın oyunlarının başlama saatı bəlli oldu[/b]
05.08.2017 - 10:14
[b]“Qarabağ”ın oyunlarının başlama saatı bəlli oldu[/b]

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunların başlama saatları açıqlanıb. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Danimarka çempionu ilə həm Bakı, həm də səfərdəki oyunların nə vaxt start götürəcəyi bəlli olub.

 

Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk görüş saat 20:00-da başlayacaq. Ayın 23-də Kopenhagendə keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” ÇL-in pley-off mərhələsinə qədər Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdırıb.