[b]“Qarabağ”ın oyununda meydan sahiblərinin hakimi[/b]
16.12.2016 - 17:35
[b]“Qarabağ”ın oyununda meydan sahiblərinin hakimi[/b]

Topaz Premyer Liqasının XIV turunun “Qarabağ”la “İnter” arasında oyununu idarə edəcək Fariz Yusifov mövsümdə 7-ci çempionat matçında fit çalacaq. Apasport.az saytının məlumatına görə, sabiq FİFA hakimi Premyer Liqanın arxada qalan 13 turunda 6 dəfə referilik edib.

 

Bu qarşılaşmalar meydan sahibliyinin üstünlüyü ilə keçib. 4 dəfə qalib gələn ev komandaları qonaqlara cəmi 2 xal verib. Hər tərəfi 14 sarı vərəqə və 1 penalti ilə cəzalandıran Yusifov “qırmızı”dan istifadə etməyib.

 

“Qarabağ”la yolları 1 dəfə kəsişən hakim XII turun “Kəpəz”lə ev matçında 6 vərəqə göstərib. Bunların 4-ü ağdamlılara, 2-si qonaqlara verilib. Meydan sahibləri həmin görüşdə 1:0 hesabı ilə qalib gəlib.

 

“İnter” isə 2 dəfə ev, 1 dəfə səfərdə Yusifovla qarşılaşıb. Hakimin qeydə aldığı hər iki heç-heçə də “bankilər”in hesabındadı. V turun “Neftçi” ilə qarşılaşmasında 2:1 hesabı ilə qalib gələn “göy-ağlar” VII turda “Zirə”ni (1:1) qəbul edib və IX turda “Kəpəz”in (0:0) qonağı olub. 10 dəfə “İnter”, 6 dəfə rəqiblərini xəbərdarlıqla cəzalandıran referi 1 penalti qərarı ilə də diqqət çəkib. Yusifov “Neftçi”nin lehinə penalti verib.

 

Qeyd edək ki, Yusifovun idarə etdiyi hər iki kubok matçında da meydan sahibləri qalib gəlib.