Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın vətənə dönəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, çempionumuz iyulun 3-də paytaxta qayıdacaq.
Həmin tarixə qədər iki sınaq matçına çıxacağı əvvəlcədən bilinən komanda daha bir oyun keçirmək istəyir. Qurban Qurbanov iyunun 24-də MOİK (Sofiya, Bolqarıstan) və bundan 4 gün sonra “Dinamo” (Moskva) ilə qarşılaşmalardan əlavə hazırlığın son günündə, iyulun 2-də də bir matç keçirməyi planlaşdırır.
Ancaq hələlik heç bir komanda ilə razılıq əldə olunmadığından bu istəyin reallaşıb-reallaşmayacağı sual altındadı.
Qeyd edək ki, “Qarabağ” Avstriyada keçirdiyi ilk yoxlama oyununda Rusiya Premyer Liqa təmsilçisi “Axmat”a 0:1 hesabı ilə məğlub olub.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI