[b]“Qarabağ”ın qapıçısı darmadağını kənardan seyr etdi[/b]
08.10.2016 - 10:51
[b]“Qarabağ”ın qapıçısı darmadağını kənardan seyr etdi[/b]

DÇ-2018-in seçmə mərhələsinin II turu çərçivəsində Bosniya və Herseqovina yığması Belçikanın qonağı olub. Apasport.az saytının məlumatına görə, H qrupunda baş tutan bu görüşdə ev sahibləri 4:0 hesablı qələbə qazanıblar.

 

Bosniya və Herseqovina yığmasının heyətinə cəlb edilən “Qarabağ”ın qapıçısı İbrahim Şehiç darmadağını kənarda izləyib. Belə ki, ehtiyatda qalan təcrübəli qolkiper bu görüşün iştirakçısı olmayıb.

 

Qeydə alınan nəticədən sonra Belçika xallarının sayını 6-ya çatdırıb. Bosniya və Herseqovina millisi isə 3 xalla 3-cü pillədə qərarlaşıb.