[b]“Qarabağ”ın qapıçısını dayandırdılar[/b]
31.01.2017 - 10:47
[b]“Qarabağ”ın qapıçısını dayandırdılar[/b]

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyevin Premyer Liqadakı quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 4 matçda qol buraxmayan milliləşən rusiyalı XV turun “Neftçi” ilə görüşündə (1:1) topu qapısında görüb.

 

Onu oyunun 13-cü dəqiqəsində Cavid İmamverdiyev məyus edib. Nadir hallarda şans qazanan qolkiper mövsümün əvvəlki 4 qarşılaşmasında qapısını toxunulmaz saxlamışdı.

 

O, “Sumqayıt” (2:0), AZAL (1:0), “Kəpəz” (1:0) və “Inter”lə (0:0) matçlarda qapısından qol buraxmamışdı. Cari mövsümdə ilk dəfə qola üzülən Şahrudin sonuncu dəfə 2016-cı il martın 16-da qol buraxmışdı. “Neftçi” ilə matçdan 319 gün öncə onu “Rəvan” məyus etmişdi. Ağdamlıların 5:1 hesablı qələbəsi ilə nəticələnən həmin qarşılaşmanın 68-ci dəqiqəsində Yasin Həmid Məhəmmədəliyevi məyus etmişdi. İmamverdiyev legioneri quru seriyasını 395-də dayandırıb.