[b]“Qarabağ”ın rəqibi “yağışa düşdü”[/b]
11.09.2016 - 18:27
UEFA Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”ın rəqiblərindən olan “Fiorentina”nın A seriyasındakı oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, İtaliya çempionatının III turunda “Cenoa” ilə səfərdə qarşılaşan “bənövşəyililər”in matçı yağış səbəbindən yarımçıq qalıb.
30-cu dəqiqədə şiddətlənən yağmur görüş məsafəsinin itməsinə səbəb olub. Qarşılaşmanın baş hakimi isə oyunu saxlamağa məcbur olub.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, iki komanda arasındakı matç daha sonra qaldığı yerdən davam etdiriləcək.
0
0