[b]“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir[/b]
11.09.2016 - 01:17
Futbol üzrə Çexiya çempionatında VI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Slovan” da növbəti matçına çıxıb.
Liberetslilər “Viktoriya”nı qəbul ediblər. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Slovan" hazırda 5 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
0
0