[b]“Qarabağ”ın rəqibi darmadağın oldu[/b]
04.09.2016 - 00:29
[b]“Qarabağ”ın rəqibi darmadağın oldu[/b]

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan PAOK yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi Yunanıstanın 3-cü liqasında mübarizə aparan “Doksa” klubuyla qarşılaşıb.

 

Vladimir İviçin əsasən gənc futbolçulara şans verdiyi oyun aşağı liqa təmsilçisinin böyük hesablı qələbəsiylə nəticələnib - 4:0.