[b]“Qarabağ”ın rəqibi dəyişdi[/b]
04.01.2017 - 16:31
Topaz Premyer Liqasının lideri “Qarabağ” sabahdan etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar ilk yoxlama oyununu yanvarın 15-də keçirəcəklər.
Qurban Qurbanovun komandasının həmin gün "Aşqabad"la qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gələcəyi sual altına düşüb.
Bu səbəbdən ölkə çempionu yanvarın 15-də Albaniyanın ən titullu klublarından olan "Şkenderbeu" ilə qarşılaşacaq.
0
0