“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Slovan” Çexiya Kubokunda ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Liberets təmsilçisi III mərhələdə “Pişek”lə qarşılaşıb.
Pişek şəhərində keçirilən görüş “Slovan”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:1. Qonaqlar ilk hissədə vurduqları 4 qolla matçın taleyini həll ediblər. Fasilədən sonra daha bir top buraxan “Pişek”in gücü yalnız təsəlli qoluna çatıb. “Slovan”ın heyətində Miroslav Markoviç 2, Uesli da Silva, Andrey Kraviat və Yan Navratil hərəyə 1 dəfə fərqləniblər.
“Slovan” bu heyətlə mübarizə aparıb: Vaçlav Qladki, Andrey Karafiat (Andrey Blaha, 71), Milan Nitrianski, İlya Kubişkin, Lukas Bartoşák, Yan Navratil, İqor Sukennik, Petr Şevçik (Filip Lesnyak, 71), Yeqon Vux (Voytex Hadaşok, 26), Uesli da Silva, Miroslav Markoviç.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində 2 turdan sonra “Slovan”ın aktivində 1 xal var. Çexiya təmsilçisi həmin xalı ilk turda Bakıda məhz “Qarabağ”dan (2:2) alıb.
- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?