[b]“Qarabağ”ın rəqibi xal itirdi[/b]
07.11.2016 - 00:16
Çexiya çempionatında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Slovan” da növbəti matçına çıxıb.
Doğma meydanda “Sparta” ilə qarşılaşan liberetslilər qolsuz bərabərliyə razılaşıblar.
Qeyd edək ki, hazırda aktivində 14 xal olan “Slovan” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
0
0