[b]“Qarabağ”ın rəqibi yenə qələbə qazandı[/b]
20.09.2016 - 01:06
[b]“Qarabağ”ın rəqibi yenə qələbə qazandı[/b]

Yunanıstan Super Liqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan PAOK səfərdə “Asteras”la qarşılaşıb.

 

Görüş Saloniki təmsilçisinin 2:1 hesablı qələbəsiylə nəticələnib. Qonaqların heyətində hər iki qolu Kolouris vurub.

 

Yeni mövsümdə keçirdiyi hər iki oyunu qələbəylə başa vuran PAOK 6-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Yunanıstan Super Liqasının cari mövsümünün ilk 2 turu klublarla federasiya arasındakı fikir ayrılığına görə təxirə salınmışdı.