[b]“Qarabağ”ın rəqibi yeni rekordların astanasında[/b]
19.10.2016 - 12:23
[b]“Qarabağ”ın rəqibi yeni rekordların astanasında[/b]

Avropa Liqasının qrup mərhələsinin sabah Bakıda keçiriləcək “Qarabağ” – PAOK matçı turnirin tarixinə iki rekordla düşə bilər. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi iki göstəricidə mütləq rekord vurmağa yaxındı.

 

Belə ki, Ellada klubu turnirin qrup mərhələsinin ən sülhsevər komandalarından biridi. Avropa Liqası tarixində qrupda hamıdan çox – 16 heç-heçə edən PAOK Bakıda da eyni nəticəyə nail olsa, “Latsio” ilə şərikli rekordu yeniləyəcək.

 

Salonikililər həm də ən çox 0:0 hesabı edən iki komandadan biridi. PAOK “Liverpul”la eyni sayda 7 dəfə qolsuz heç-heçə edib. “Qarabağ”la görüşdə eyni nəticə qeydə alınsa, yunanıstanlılar yeni rekorda imza atacaq.