[b]“Qarabağ”ın rəqibində baş məşqçi - kapitan gərginliyi[/b]
01.12.2016 - 16:00
[b]“Qarabağ”ın rəqibində baş məşqçi - kapitan gərginliyi[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Fiorentina”nın düşərgəsində gərgin anlar yaşanır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandanın kapitanı Qonzalo Rodriges qış fasiləsində başqa kluba keçmək qərarına gəlib.

 

Son vaxtlar baş məşqçi Paulo Souza ilə yola getməyən argentinalı müdafiəçinin intizamsız davranışları klub rəhbərliyinin də diqqətindən yayınmayıb. Bunu nəzərə alan florensiyalılar müqavilə müddəti başa çatmaqda olan Rodrigesə yeni şərtli anlaşma təklif ediblər. Belə ki, rəhbərlik futbolçunun 1,2 milyon avroluq maaşının 25 faizindən imtina etməsini istəyib. Lakin bununla barışmayan Argentina millisinin üzvü özünə yeni komanda axtarışına çıxıb. 32 yaşlı oyunçu qış fasiləsində “Fiorentina”nı azad agent statusu ilə tərk edəcək.

 

İtaliyalı həmkarlarımız Rodrigesin baş məşqçi ilə münasibətlərinin korlanmasına səbəb kimi, komandanın son iki matçdakı məğlubiyyətini göstəriblər. Belə ki, komanda Avropa Liqasının V turunda evdə PAOK-a (2:3), A seriyasının XIV turunda isə səfərdə “İnter”ə (2:4) yenilib. Florensiyalılar Avroliqanın qrup mərhəsində son görüşlərini dekabrın 8-də “Qarabağ”a qarşı keçirəcəklər.

 

Qeyd edək ki, 2012-ci ildən “Fiorentina”nın şərəfini qoruyan Qonzalo Rodriges bu klubun heyətində 185 matçda meydana çıxıb, 24 qola imza atıb.