[b]“Qarabağ”ın rəqibindən əzmkar heç-heçə[/b]
28.11.2016 - 09:40
Çexiya çempionatında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan “Slovan” öz meydanında “Slovaçko” ilə qarşılaşıb.
Matçın gedişində 2 top fərqi ilə geri düşən Liberets təmsilçisi əzmkar heç-heçəyə nail olub. Komliçenkonun 3 dəqiqəyə penaltidən 2 qol vurması komandasına 1 xal qazandırıb. Bu, rusiyalı futbolçunun 4 gündə imza atdığı ikinci dublu olub. O, “Qarabağ”la noyabrın 24-dəki matçda da 2 qol vurmuşdu.
Qeyd edək ki, 15 oyundan sonra 15 xalı olan “Slovan” 16 komanda arasında 13-cü yerdə qərarlaşıb.
0
0