[b]“Qarabağ”ın rəqibindən ilk 3 xal[/b]
28.08.2016 - 22:21
Çexiya çempionatında 5-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Slovan” səfərdə “Pribram”la qarşılaşıb.
Liberets təmsilçisi çempionatın aşkar autsayderiylə səfər oyunundan 1:0 hesablı qələbəylə ayrılıb. Yeganə qolu “Pribram”ın qapısından matçın 55-ci dəqiqəsində Hovorka keçirib. Bu qələbə “Slovan”ın cari ölkə çempionatında qazandığı ilk 3 xal olub.
Hazırda hesabında 5 xal olan “Slovan” 12-ci pillədə qərarlaşıb.
0
0