[b]“Qarabağ”ın rəqibindən qolsuz heç-heçə[/b]
20.07.2016 - 10:54
[b]“Qarabağ”ın rəqibindən qolsuz heç-heçə[/b]

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibi olan Çexiyanın “Viktoriya” klubu yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Plzen təmsilçisi Rusiya “Lokomotiv”i ilə qarşılaşıb.

 

Görüş 0:0 hesabı ilə başa çatıb. Çexiyalılar qarşılaşmanı bu heyətlə keçirib: Matuş Kozaçik, Frantişek Raytoral (Aleş Mateyu, 46), Yan Baranek (Lukaş Heyda, 46), Roman Hubnik (k), David Limberski (Radim Reznik, 46), Tomaş Horava (Tomaş Kuçera, 46), Patrik Hroşovski (Yakub Hromada, 85) – Milan Petrjela (Yan Kopiç, 46), Daniel Kolar (Marek Bakoş, 81), Yan Kovarik – Mihal Duriş (Mihal Krmençik, 56).

 

Qeyd edək ki, “Viktoriya” iyulun 26-27 və avqustun 2-3-də keçiriləcək III təsnifat mərhələsində “Qarabağ” – “Düdelanj” cütünün qalibi ilə görüşəcək.