[b]“Qarabağ”ın rəqibindən qolsuz heç-heçə[/b]
03.10.2016 - 09:32
Yunanıstan çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan PAOK növbəti matçını keçirib.
Səfərdə “Veria” ilə qarşılaşan Saloniki təmsilçisi 1 xalla kifayətlənib – 0:0. Bununla da PAOK xal hesabını 5-ə çatdırıb.
İlk iki turu təxirə salınan çempionatın 4 matçından 2-də qalib gəlib, 2-də heç-heçə edən salonikililər mövsümə -3 xalla başladığından liderlərdən uzaq düşüb. Bu üzdən 5 xalı olan PAOK 7-ci pillədə qərarlaşıb.
0
0