[b]“Qarabağ”ın rəqibinin baş məşqçisi insident haqda danışdı[/b]
07.08.2017 - 12:39
[b]“Qarabağ”ın rəqibinin baş məşqçisi insident haqda danışdı[/b]

“Bizim üçün cansıxıcı hadisədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen” klubunun baş məşqçisi Stole Solbakken deyib.

 

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in “Brondbü” ilə çempionat görüşündə insident yaşanıb. Oyunun son dəqiqələrində qonaq komandanın azarkeşləri aranı qataraq, polislərin üzərinə hücum çəkiblər və onlara zərbələr vurmağa başlayıblar.

 

Baş verən hadisə “Kopenhagen” rəsmiləri kimi, komandanın çalışdırıcısını da məyus edib. Yerli mətbuata açıqlama verən Solbakken bunları deyib: “Təbii ki, “Kopenhagen” adından üzr istəməliyik. Bundan sonra isə aranı qatan azarkeşlərin kim olduğunu aydınlaşdıracağıq. Həmin fanatların bir də oyunlarımıza gəlməyəcəyini düşünürəm”.

 

Qeyd edək ki, qarşılaşma “Brondbü”nün 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.