[b]“Qarabağ”ın rəqibinin futbolçusu milliyə çağrıldı[/b]
03.09.2017 - 16:28
[b]“Qarabağ”ın rəqibinin futbolçusu milliyə çağrıldı[/b]

DÇ-2018-in seçmə mərhələsinin G qrupunda İsraillə oynayacaq İtaliya millisinin heyətində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, yay transfer dönəmində “Torino”dan “Çelsi”yə keçən Davide Zappakosta yığmaya dəvət alıb.

 

O, İspaniya ilə oyunda (0:3) sarı vərəqə alaraq cəzalı vəziyyətə düşən Leonardo Bonuççini əvəzləyəcək. İtaliya mətbuatının iddiasına görə, zədə səbəbindən digər müdafiəçi Spinazzola da İsraillə oyunu buraxa bilər.

 

Qeyd edək ki, İtaliya – İsrail oyunu sentyabrın 5-də keçiriləcək.