Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la oyundan sonra istirahətə buraxılan “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi yanvarın 5-də təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq.
“IC Santaı” otelində məskunlaşacaq “köhlən atlar” orda olduğu müddətdə 4 yoxlama görüşü keçirəcək. Baş məşqçi Qurban Qurbanovun futbolçuları hansı komandalarla matçlarda sınağa çəkəcəyi də bəllidi.
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədi:
15 yanvar
17:00. “Qarabağ” – “Aşqabad” (Türkmənistan)
18 yanvar
18:00. “Qarabağ” – “Styaua” (Buxarest)
22 yanvar
15:30. “Qarabağ” – “Atırau” (Qazaxıstan)
17:30. “Qarabağ” – “Termalitse” (Polşa)