“Qarabağ”ın yeni transferləri ilk seçimlərini ediblər. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Elşən Abdullayev və hücumçu Ağabala Ramazanovun yeni komandada hansı forma altında çıxış edəcəkləri müəyyənləşib.
“Xəzər Lənkəran”, “Sumqayıt” və “İnter”də 55 nömrəli forma altında oynamış Ağabala “Qarabağ”da “44-ü” seçib. Buna səbəb ağdamlılarda “55-in” müdafiəçi Bədavi Hüseynovda olmasıdı.
“Neftçi”də 8 nömrəli formanı daşıyan Elşən Abdullayev isə yeni klubunda 77 nömrə altında mübarizə aparacaq. “Köhlən atlar”da “8” ispaniyalı yarımmüdafiəçi Migel Maderaya məxsusdu.