[b]“Qarabağ”la “Qəbələ” dünyanın ən yaxşıları arasında[/b]
20.09.2016 - 15:49
[b]“Qarabağ”la “Qəbələ” dünyanın ən yaxşıları arasında[/b]

Dünya ölkələrinin milli çempionatlarında davam edən ən uzun seriyaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, fərqlənənlər sırasında Azərbaycan klubları da yer alıb.

 

Belə ki, son dövrlərdəki çıxışları ilə özlərindən söz etdirən “Qarabağ” və “Qəbələ” hazırkı seriyaları ilə də ən planetin yaxşılar arasındadı.

 

Son 3 mövsümün çempionu və hazırda Topaz Premyer Liqasının lideri olan “Qarabağ” ardıcıl 11-ci ev qələbəsini qazanıb. Öz meydanında xal itirməyən ağdamlılar 8-ci pillədə qərarlaşıb. Öz meydanında ən uzun qələb seriyası isə “Olimpiakos” (26) və “Yuventus”a (18) məxsusdu.

 

Ağdamlılar həm də evdə qol buraxmaması ilə diqqət çəkir. Ardıcıl 7 dəfə qapısını toxunulmaz saxlayan Qurban Qurbanovun yetirmələri ümumi siyahıda 4-cü, yüksək liqa klubları arasında 1-ci yerə şərikdi. Əyalət klubu “Vit-Corciya” ilə eyni göstəriciyə malikdi.

 

“Qəbələ” isə evdə deyil, ümumilikdə qol buraxmamaqda liderliyin şəriklərindəndi. Artıq 6 matçdı qapısını toxunulmaz saxlayan komanda zirvəni “Şerif”lə bölüşür.

0