Madrid “Real”ı İspaniya çempionatları tarixinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə “Kral klubu”nun 19 futbolçusu qol sevinci yaşayıb.
Naço Fernandeslə 19-a çatan madridlilərin heyətində yalnız Daniel Karvaxalla Fabio Koentrao fərqlənə bilməyib. Bununla, “Real” “Valensiya”nın 1994/95 mövsümündəki rekordunu ikinci dəfə təkrarlayıb. Madrid klubu 1995/96 mövsümündə də 19 oyunçusunun qoluna sevinmişdi.
Azərbaycan Premyer Liqasının cari mövsümündə rekord “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisinin 15 üzvü rəqib qapısına yol tapıb. “Real”dan 4 addım geri qalan əyalət klubunun heyətində fərqlənməyən oyunçuların sayı daha çoxdu.
“Real”a çatmaq üçün Ansi Aqoll, Arif Daşdərmirov, Ağabala Ramazanov, Qara Qarayev, Rəşad Sadıqov, Elşən Abdullayev və Vüqar Nadirovdan dördü qol vurmalıdı.