[b]“Qarabağ”la oyundan sonra “Napoli”yə keçə bilər[/b]
06.12.2016 - 17:06
[b]“Qarabağ”la oyundan sonra “Napoli”yə keçə bilər[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina” aparıcı futbolçularından Nikola Kaliniçi itirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı forvard daha bir klubun maraq dairəsinə düşüb.

 

Bir neçə Avropa nəhəngindən sonra indi də “Napoli” Xorvatiya millisinin hücumçusunu qış fasiləsində transfer etmək niyyətindədi. Kaliniçin keçidi isə “Napoli”nin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Benfika” ilə keçirəcəyi qarşılaşmanın nəticəsindən asılı olacaq.

 

Əgər neapollular ÇL-də 1/8 finala vəsiqə qazansalar, klubun büdcəsinə 26 milyon avro əlavə ediləcək. Rəhbərlik isə bu pulu məhz Kaliniçin transferində xərcləməyi düşünür. “Benfika” ilə görüş italyanların arzuladığı kimi nəticələnsə, “Fiorentina”nın “Qarabağ”la Bakıdakı matçından sonra qarşı tərəflə rəsmi danışıqlara start veriləcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” oyunu dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.