“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Fiorentina” qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Florensiya təmsilçisinin maraq dairəsində olan futbolçulardan biri də “Lion”un yarımmüdafiəçisi Kleman Qrenyedi.
Ancaq “Fiorentina” Fransa millisinin üzvü uğrunda mübarizədə tək deyil. Belə ki, “Roma” və “Vest Hem” də bu keçiddə maraqlıdı. Digər klublar Qrenyeni icarəyə götürmək barədə düşünürlər. “Fiorentina” isə 25 yaşlı hücumameyilli oyunçunu transfer etmək niyyətindədi. Florensiyalılar məhz Avrokubokda qrup mərhələsi başa çatdıqdan sonra transfer danışıqlarına başlayacaqlar. Yəni İtaliya təmsilçisi “Qarabağ”la son tur matçının ardından Qrenyenin həm özü, həm də klubu ilə təmasa keçəcək.
Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” görüşü dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı