Bu gün əvəzedicilərin çempionatında mövsümün ikinci yarısı start götürüb. Apasport.az saytı xəbər verir ki, III dövrə Qəbələdə keçirilən qarşılaşma ilə başlayıb.
XV turun ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” ilk hissədə məğlub duruma düşsələr də, fasilədən sonra əzmkarlıq nümayiş etdiriblər. Ramil Hasanovun dublu və Tural Məmmərzayevin qolu “Qəbələ”yə qələbə bəxş edib – 3:1. Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan “Qəbələ” liderliyini qoruyub.
Digər matçda isə “İnter” “Kəpəz”i qəbul edib. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.
Əvəzedici heyətlərin çempionatı
XV tur
27 yanvar
“Qəbələ” – “Sumqayıt” – 3:1
Qollar: Ramil Hasanov, 52, 68; Tural Məmmərzayev, 82 - Süleyman Piriyev, 14 (p.)
“İnter” – “Kəpəz” – 0:0
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı