[b]“Qəbələ” 559 gündən sonra...[/b]
02.10.2017 - 12:38
[b]“Qəbələ” 559 gündən sonra...[/b]

“Qəbələ”nin öz meydanındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Premyer Liqanın VII turunun “Kəpəz”lə ev matçında 0:2 hesabı ilə uduzublar.

 

Əyalət klubu bunadək son 21 çempionat oyununda qonaqlara yenilməmişdi. “Qəbələ” “Kəpəz”ə qədər sonuncu ev məğlubiyyətini 2016-cı il martın 19-da “Qarabağ”dan alıb. 1:2 hesablı məğlubiyyətdən 559 gün sonra uduzan Roman Qriqorçukun yetirmələri 2015/16 mövsümünün son 4, cari mövsümün isə ilk ev oyununda xalsız qalmayıb.

 

2016/17 mövsümündə isə heç bir komanda Qəbələdən qalib dönməyib. Bu 21 matçda 15 qələbə qazanan “qırmızı-qaralar” 6 heç-heçə edib.