[b]“Qəbələ” – “İnter”: 4-cü dəfə Rəhim Həsənov[/b]
31.03.2016 - 18:23
[b]“Qəbələ” – “İnter”: 4-cü dəfə Rəhim Həsənov[/b]

Topaz Premyer Liqasında XXVIII turun bütün təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 3-də baş tutacaq turun mərkəzi oyunu Rəhim Həsənova tapşırılıb.

 

O, “İnter” – “Qəbələ” qarşılaşmasını idarə edəcək. Maraqlıdı ki, bu komandaların cari mövsümdəki əvvəlki 3 oyununda da baş hakim Həsənov olub.

3 aprel (bazar)

16:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Fazil Mürşüdov
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov
“Bayıl Arena”

16:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qəbələ” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

15:00. AZAL – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Vaqif  Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev 
“AZAL Arena”