Avropa Liqasında Azərbaycanı təmsil edən “Qəbələ”nin pley-off mərhələsində “Maribor”la ilk matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 18-də Bakıda keçiriləcək qarşılaşma üçün UEFA belaruslu hakimlər briqadasını təyin edib.
Görüşün baş hakim funksiyasını Aleksey Kulbakov yerinə yetirəcək. Ona Vitali Malyutin və Oleq Maslyanko kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Denis Şerbakov olacaq.
“Dalğa Arena”da hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Bakıya UEFA nümayəndəsi qismində isə gürcüstanlı Bakar Yordania gələcək.