[b]“Qəbələ” – “Maynts” görüşünün hakimləri açıqlandı[/b]
26.09.2016 - 12:39
[b]“Qəbələ” – “Maynts” görüşünün  hakimləri açıqlandı[/b]

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qəbələ” – “Maynts” oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA bu qarşılaşmanı litvalı hakimlər briqadasına həvalə edib.

 

Oyunun baş hakimi Gediminas Majeyka olacaq. Ona  Vyautas Şimkus və Vytenis Kazlauskas kömək edəcəklər. 4-cü hakim funksiyasını Vladimir Gerasimov yerinə yetirəcək. Görüşün əlavə köməkçi hakimləri Sergeyus Sliva və Yuri Paskovski olacaq.

 

Hakim-inspektor kimi Bakıya gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi kimi isə hollandiyalı Eugene Vesterink gələcək.

 

Qeyd edək ki, "Qəbələ" - "Maynts" qarşılaşması sentyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.