Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçına maraq böyükdü. Apasport.az saytının məlumatına görə, bunu matçı izləmək üçün Qəbələ şəhər stadionuna təşrif buyuran azarkeşlərin çoxluğu təsdiqləyir.
Belə ki, yerli fanatlar tribunaları, demək olar ki, doldurublar. Qəbələli azarkeşlərin stadiona axını davam edir.
Qarşılaşmanı izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də var. Onlar oyunu xüsusi skaybokslardan izləyirlər.
Tribunalarda “Qarabağ”ın da azsaylı fanatları var.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada qol vurulmayıb.