[b]“Qəbələ” – “Zirə” oyununun vaxtı açıqlandı[/b]
15.11.2016 - 14:18
[b]“Qəbələ” – “Zirə” oyununun vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq qarşılaşmalar iki gün davam edəcək.

 

Tura mərkəzi oyunla start veriləcək. Noyabrın 19-da saat 15:00-da “Qəbələ” və “Zirə” üz-üzə gələcək.

 

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 


Topaz Premyer Liqası

XII tur

19 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

18:00. “Qarabağ” – “Kəpəz”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

20 noyabr (bazar)

14:00. “Sumqayıt” – “Neftçi”
Sumqayıt şəhər stadionu

 

16:00. “İnter” – AZAL
“İnter Arena”