Bolqarıstanlı futbolçu Valeri Bojinovun “Qəbələ”yə transferinin alınmasının detalları bəlli olub. Apasport.az saytının məlumatına görə, bu barədə “sportal.bg” nəşri geniş məqalə hazırlayıb.
Bolqar həmkarlarımız hesab edirlər ki, futbolçu bu qış “transfer pəncərəsi”ndə “Partizan”dan ayrılacaq. Çünki Belqrad təmsilçisi artıq yeni hücumçu alıb və Valeriyə ehtiyacı yoxdur.
Oyunçuya ən ciddi təklifin “Qəbələ” tərəfindən edildiyini qeyd edən jurnalistlər keçidin alınmamasının əsas səbəbini isə maddi məsələlərdə anlaşmazlıq olduğunu qeyd ediblər. Belə ki, serblər “Yuventus”, “Fiorentina” və “Mançester Siti”nin keçmiş futbolçusu üçün ilk olaraq 300 min avro tələb ediblər.
Daha sonra məbləğ 200 minə endirilsə də, çempionatımızın bürünc mükafatçısı 31 yaşlı oyunçu üçün bu məbləği vermək istəməyib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı