Avropa Liqasının qrup mərhələsinin bu həftə keçiriləcək son oyunu “Qəbələ” üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Maynts”la Almaniyada baş tutacaq səfər qarşılaşması “qırmızı-qaralar”ın tarixinə 30-cu avrokubok matçı kimi düşəcək.
Qitə miqyaslı turnirlərdə 15-ci səfə sınağı həm də Avropa Liqasında 30-cu oyun olacaq. Çünki əyalət klubu yalnız bir turnirdə çıxış edib.
Üçüncü mövsümündə 30-a çatacaq “Qəbələ” indiyədək keçirdiyi 29 qarşılaşmada 8 qələbə qazanıb. Hesabında 6 heç-heçə və 15 məğlubiyyət olan təmsilçimiz 31 qol vurub, rəqiblərinin 42 topuna üzülüb.
“Qırmızı-qaralar”ın keçirdiyi matçların 18-i təsnifat (o cümlədən, pley-off), 11-i qrup mərhələsinə təsadüf edib.
Avrokuboklarda 30-cu oyununu keçirəcək “Qəbələ” bu göstəricidə Bakının “İnter” klubuna çatacaq. Azərbaycan təmsilçiləri arasında 3-cü yerə şərik olacaq cütlük yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır. Ağdamlılar 77, paytaxt futbolçuları 56 avrokubok sınağına çıxıb.
Qeyd edək ki, “Qəbələ”nin “Maynts”la səfər oyunu dekabrın 8-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı