[b]“Qəbələ”nin “İnter”lə oyuna hazırlıq planı[/b]
05.08.2017 - 16:55
[b]“Qəbələ”nin “İnter”lə oyuna hazırlıq planı[/b]

Avropa Liqasında mübarizəni dayandıran “Qəbələ” diqqətini çempionata yönəldib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” növbəti həftədən etibarən ilk turun hazırlığına start verəcəklər.

 

“Panatinaikos”la cavab görüşündən (1:2) sonra matçda iştirak etmiş futbolçular 3 günlük istirahətə buraxılıblar. Onlar avqustun 7-dən baş məşqçi Roman Qriqorçukun ixtiyarında olacaqlar. Bu səbəbdən bölgə təmsilçisi hələ ki, məşqləri tam heyətlə edə bilmir.

 

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turunda “İnter”in qonağı olacaq “Qəbələ” qarşılaşmaya Bakıda hazırlaşacaq.

 

Qeyd edək ki, “İnter” – “Qəbələ” görüşü avqustun 12-də keçiriləcək.