Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Neftçi” və “Qəbələ” yoxlama oyununda üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları paytaxt təmsilçisinin Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına təlim-məşq bazasında qarşılaşıb.
Turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşan “Qəbələ” bu görüşdən də qalib ayrılıb. Çempionat oyununda rəqibini 2:1 hesabı ilə yenən Roman Qriqorçukun yetirmələri bu dəfə də eyni nəticəyə sevinib.
Əyalət təmsilçisinin hər hissədə vurduğu bir qola meydan sahibləri son dəqiqələrdə cavab verə bilib. İlk yarıda Elvin Məmmədov, fasilədən sonra Famoussa Konenin vurduğu qollar “Qəbələ”yə qələbə qazandırıbsa, Mirabdulla Abbasovun qolu təsəlli xarakteri daşıyıb.
Qeyd edək ki, komandalar arasında Premyer Liqanın VI turunda keçirilən oyununda da “Qəbələ” eyni hesabla qalib gəlmişdi.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi