[b]“Qəbələ” yoxlama oyununda məğlub oldu[/b]
04.09.2017 - 19:48
[b]“Qəbələ” yoxlama oyununda məğlub oldu[/b]

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən komandalar yoldaşlıq oyunlarında geclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, belə oyunlardan birində “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəliblər.

 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşma “kimyaçılar”ın qələbəsi ilə yekunlaşıb. Samir Abasovun komandası 3:1 hesabı ilə qalib gəlib.

 

Sumqayıtlıların heyətində 22-ci dəqiqədə Amil Yunanov hesabı açıb. Endryu Hallidey 45-ci dəqiqədə bərabərlik yaratsa da, ikinci hissədə Cavid İmamverdiyevin dublu “Qəbələ”nin məğlubiyyətini rəsmiləşdirib.

0