[b]“Qəbələ” “Zirə”ni məğlub etdi, “İnter” “Kəpəz”lə bacarmadı[/b]
11.09.2017 - 01:53
[b]“Qəbələ” “Zirə”ni məğlub etdi, “İnter” “Kəpəz”lə bacarmadı[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 4-cü tur davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün daha iki oyun baş tutub.

 

“Qəbələ” doğma meydanda “Zirə”yə minimal hesabla qalib gəlib. Dörd qolun vurulduğu “İnter” - “Kəpəz” matçında isə qalib müəyyənləşməyib.

 

Tura bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı ilə yekun vurulacaq.

 

Əvəzedicilərin çempionatı
4-cü tur
10 sentyabr

 

“İnter” – “Kəpəz” – 2:2
Qollar: Elvin Cəfərquliyev, 12. Sinan Akkoyun, 90+4 - Kamran Abdullazadə, 33; 61.

 

“Qəbələ” – “Zirə” – 1:0
Qol:
Ülvi İsgəndərov, 10.

 

Turun digər oyunu: “Səbail” – “Qarabağ” – 2:0.