[b]“Qəbələ”nin Antalya planları dəyişdi[/b]
09.01.2017 - 21:42
[b]“Qəbələ”nin Antalya planları dəyişdi[/b]

Bu gün səhər saatlarında Türkiyəyə yola düşməli olan “Qəbələ”nin səfərinin qardaş ölkədəki hava şərtləri səbəbindən təxirə düşdüyünü xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, saat 07:00-a təyin olunmuş uçuş axşama təxirə salınsa da, bu dəfə də səfər baş tutmayıb.

 

Bakı – İstanbul – Antalya reysi üzrə hərəkət edəcək olan təmsilçimiz İstanbuldakı qar səbəbindən növbəti dəfə yolundan olub.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı qabaqcadan planlaşdırılan qrafik üzrə hərəkət etməyəcəklərini deyib: “Hava şəraitinin əlverişsiz olmasına görə, bu günkü səhər və axşam uçuşlarımız təxirə salındı. Biz də qərara aldıq ki, Antalyaya yanvarın 11-də birbaşa Bakı – Antalya reysi ilə yollanaq. Böyük ehtimalla yerli vaxtla saat 11:00-da Bakıdan yola düşəcəyik”.

 

Qeyd edək ki, yanvarın 25-ə qədər Türkiyədə qalmağı planlaşdıran Roman Qriqorçukun yetirmələri qardaş ölkədə 5 yoxlama matçı keçirəcək.